Polad Həşimov və Arəstə Baxışovanın övladları da məzun OLDU

13:00 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Qəhrəman Polad Həşimovun oğlu Teymur Həşimov və şəhid Arəstə Baxışovanın oğlu Mərdan Məmmədli bu il məzunlar sırasında yer alırlar.

Hafta.az xəbər verir ki, bu barədə Polad Həşimovun xanımı Ofelya Salmanova öz sosial şəbəkə hesabında paylaşım edib.

O paylaşımında Teymur Həşimov və Mərdan Məmmədlinin timsalında bütün məzunlara təbrik mesajı ünvanlanıb.

Qeyd edək ki, bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilir.